gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Haqqımda

Hacızadə Elşən Mahmud oğlu

Azərbaycanlı.


İqtisad elmləri doktoru. Professor. 

 

Beynəlxalq Elmlər Akademiyasının Akademiki.

Beynəlxalq Nəqliyyat Akademiyasının Akademiki.

Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü.

Beynəlxalq İqtisadçılar İttifaqının üzvü.


1961-ci il avqustun 9-da Azərbaycan Respublikasının Siyəzən şəhərində anadan olmuşdur

 

Təhsili 

1982-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakültəsini bitirmiş, iqtisadçı-mühasib ixtisası almışdır.

 

 Əmək fəaliyyəti

1982-1997-ci illərdə Azərbaycanın Yanacaq Enerji Kompleksində (SOCAR-ın H.Z.Tağıyev adına Neftqazçıxarma Idarəsi və Quruda Neftqazçıxarma İstehsalat Birliyi, “Azəriqaz” QSC) maliyyəçi, mühasib və iqtisadçı peşələri üzrə müxtəlif vəzifələrdə işləmişdir.

1997-2014-cü ilərdə elm və təhsil sahəsində təyinatlı və seçkili olan bir sıra vəzifələr (Azərbaycan İqtisadçılar İttifaqında ekspert, AMEA-nın İqtisadiyyat İnstitutunun struktur dəyişikləri sektorunun müdiri, “Makroiqtisadi inkişaf və iqtisadi artım” şöbəsinin baş elmi işçisi, Azərbaycan Dövlət İqtisad Universitetinin - UNEC Sosial-İqtisadi Elmi-Tədqiqat laboratoriyasının müdiri, Azərbaycan Regionlarının İnkişaf Problemləri üzrə Elmi Araşdırma və Konsaltinq Mərkəzinin direktoru, Magistr Hazırlığı Mərkəzinin direkitor müavini) tutmuşdur.

2010-cu ildən “Azərbaycanın vergi jurnalı”nın baş redaktorudur.

 

Elmi dərəcə və adları


1. İqtisad elmləri namizədi. 1998-ci ildə «Quruda neftqazçıxarma sənayesində iqtisadi islahatlar və onların təkmilləşdirilməsi problemləri» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır [İxtisas: 08.00.05-Xalq təsərrüfatının və onun sahələrinin iqtisadiyyatı, planlaşdırılması və idarə olunmsının təşkili (sənaye)].

2. İqtisad elmləri doktoru. 2005-ci ildə «Azərbaycanın quru ərazilərində neft və qaz hasilatının artırılması problemləri» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək iqtisad elmləri doktoru elmi dərəcəsi almışdır [İxtisas: 08.00.05-Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi (komplekslərin, sahələrin və müəssisələrin iqtisadiyyatı, təşkili və idarə edilməsi)].

3. Dosent - diplom DS№03505 2010. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı (protokol № 16-R 20.04.2010).

4. Professor - diplom PR№01291 2013. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı (protokol № 16-R 16.11.2013).

 

 

Elmi yaradıcılığı və pedaqoji fəaliyyəti:

205 elmi əsər (290,8 ç.v.), o cümlədən, 9 monoqrafiya, 1 dərslik, 1 dərs vəsaiti, 3 tədris proqramı, 6 metodik vəsait, 12 braşur, 30-dək müxtəlif ictimai məzmunlu məqalələrin müəllifidir.

Xarici dövlətlərdə keçirilən beynəlxalq konfrans, simpozium və konqreslərdə 30-dan çox elmi məqalələrlə çıxış etmiş və əsərləri müvafiq olaraq bir sıra ölkələrin elmi nəşrlərində çap olunmuşdur.

1997-2010-cu illərdə “Təfəkkür” Universitetində müəllim vəzifəsinidə işləmiş, 2010-2015-ci UNEC-in “Beynəlxalq iqtisadi münasibətlər” kafedrasının professoru olmuş, 2015-ci ildə hal-hazıra kimi isə “Beynəlxalq iqtisadiyyat” kafedrasının professoru vəzifəsində çalışır.


Elmi fəaliyyətinin əsas istiqaməti:


Yanacaq Enerji Kompleksinin iqtisadiyyatı və idarə edilməsi problemləri;

Neft-qaz kompleksi;

Enerji sektoru;

Beynəlxalq iqtisadi münasibətlər;

Dünya iqtisadiyyatı;

Nəqliyyat sektoru;

İKT və Yüksək texnologiyar sektorları;

Təhsilin inkişafı problemləri;

Ensiklopediya və iqtisadiyyat terminləri lüğətləri.

 

Yeni konseptual əsaslandırmalar:


Sosiallaşan iqtisadiyyat konsepsiyası (sosiallaşan iqtisadiyyat - yeni iqtisadi anlayış), milli regional inkişaf strategiyası (regional sahibkarlıq, avtonom fəaliyyət, Azad İqtisadi Zonalar, texnoparklar, biznes inkubatorları), Xəzər hövzəsi regionunda və türkdilli ərazilərdə energetik potensialın qiymətləndirilməsi, Yanaсaq Enerji Kompleksinin modernizasiya problemləri, Azərbaycan neft industriyasının inkişafinda oliqopoliya modeli, milli enerji strategiyası və onun formalaşması aspektləri, enerji təhlükəsizliyinin davamlı təminatında karbohidrogen resurslarının nüvə potensilaına çevrilməsi alternativliyi, Хəzər-Fars dəhlizi - geoiqtisadi rakurs (Xəzərdən Fars körfəzinə nəqliyyat su kanalının çəkilişinin iqtisadi təyinatları və effektivliyi), Yaxın Şərq energetikasında təhlükəsizlik kondominiumu və yeni maliyyə arxitekturası, informasiya iqtisadiyyatı və nanotexnologiyalar, səhər ictimai nəqliyyatinin inkişafi problemləri və avtomobilləşmənin yeni ekoloji tələbləri, regional nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Şərq-Qərb, Cənub-Şimal dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Xəzər hövzəsi regionun iqtisadi potensialı və ixrac infrastrukturu.


Monoqrafiyalar


1. Azərbaycanın quruda neftqazçıxarma kompleksində iqtisadi islahatlar və səmərəlilik problemləri. 

Bakı: Elm, 1998, 144 səh., 9,0 ç.v., sayı 300., Elmi redaktor: akademik Z.Ə.Səmədzadə.

Monoqrafiyada quruda neftqazçıxarma istehsalının dinamikası, inkişaf mərhələləri və meyilləri yeni baxışlar baxımından təhlil edilmiş, neftqazçıxarma kompleksinin idarə edilməsini təkmilləşdirmək məqsədilə yeni struktur dəyişikliklərinin zəruriliyi elmi cəhətdən əsaslandırılmış, sahənin tələblərinə cavab verən strukturun formalaşdırılması və reallaşdırılmısının iqtisadi mexanizmi təklif olunmuşdur.

2. Energetik kompleks yeni islahatlar ərəfəsində. 

Bakı: Elm, 2000, 257 səh., 22,0 ç.v., sayı 300. Elmi redaktorlar: i.e.d., prof. A.A.Ağayeva, T.Ə.Paşayev.

Monoqrafiya dünya energetikasının qloballaşma kontekstində təhlili və qiymətləndirilməsinə, bəşəri enerji resurslarının konsolidasiyası problemlərinə və bazar munasibətləri şəraitində Azərbaycanın Yanacaq Enerji Kompleksində dayanıqlı iqtisadi inkişafı şərtləndirən islahatlar prosesinin sürətləndirilməsi, təkmilləşdirilməsi və dərinləşdirilməsinə həsr edilmişdir.

3. Neft-qaz sənayesində yeni bazar mexanizmlərinin formalaşdırilması istiqamətləri. 

(T.Ə.Paşayevlə müştərək)

Bakı: Elm, 2000, 200 səh., 12,5 ç.v., sayı 300. Elmi redaktorlar: i.e.d. Ə.X.Nuriyev, i.e.d., prof. A.A.Ağayeva.

Monoqrafiyada yeni reallıqlar kontekstində neft-qaz sənayesinin müasir vəziyyəti, inkişaf meyilləri, dayanıqlı inkişafın təmin edilməsinin iqtisadi aspektləri, vergiqoymanın təkmilləşdirilməsi, neft-qaz sənayesində fiskal mexanizmlər və digər bazar təsisatlarının tətbiqi məsələləri tədqiq olunmuşdur.

4. Azərbaycanın təbii qaz potensialı: reallıqlar və virtual cizgilər. 

Bakı: Elm, 2001, 186 səh., 12,5 ç.v., sayı 350. Elmi redaktor: i.e.d., prof. A.Ş.Şəkərəliyev.

Monoqrafiya mövcud reallıqlar və virtual görüntü diapazonunda Azərbaycanın artan təbii qaz potensialının qiymətləndirilməsi, qaz sənayesinin müasir vəziyyəti, inteqrasiya və inkişaf meyilləri, bazar iqtisadiyyatı kontekstində yeni çevik infrastrukturun formalaşdırılması, böyük texniki-iqtisadi dövriyyədə təbii qazın qlobal və lokal perspektiv imkanlarının təhlil və tədqiqinə həsr edilmişdir.

5. Neftqazçıxarma kompleksinin iqtisadi inkişaf modeli. 

Bakı: Elm, 2002, 472 səh., 29,5 ç.v., sayı 500. Elmi redaktor: akademik Ə.M.Abbasov.

Monoqrafiyanın leytmotivini dərinləşən bazar münasibətləri sferasında Azərbaycanın quru ərazilərində təşəkkül tapan neftqazçıxarma sənayesinin ümumi iqtisadi problemlərinin tədqiqi, istehsal artımının təmin edilməsində sahəvi kompleksin yeni iqtisadi modelinin işlənməsi, aparılan islahatların təkmilləşdirilməsi ifadə edir. Tədqiqat işində, həmçinin, genetik təhlil əsasında istehsalın dinamik inkişaf meyillərinin araşdırılması, sistemli yanaşma kontekstində struktur islahatlarının və idarəetmənin yeni strategiyasının işlənməsi, kompleksin iqtisadi modernizasiyası problemlərinin həllində, səmərəli fəaliyyətin təşkilində mütərəqqi bazar mexanizmlərindən, iqtisadi texnologiyalardan istifadə də əksini tapmışdır.

6. Neft təsərrüfatinin iqtisadi strukturunun modernizasiyası. 

(Z.S.Abdullayevlə müştərək)

Bakı: Elm, 2003, 511 səh., 32 ç.v., sayı 300. Elmi redaktor: AMEA-nın müxbir üzvü A.F.Musayev.

Monoqrafiyada dünya və Azərbaycan neft sənayesinin texniki-iqtisadi strukturu və tərəqqi meyilləri kontekstində səmərəli təsərrüfat quruculuğunun dinamik inkişaf amilləri, milli neft strategiyasının sosial-iqtisadi aspektləri, sahəvi sferada islahatların təkmilləşməsi, dövlət tənzimlənməsi, idarəetmə konsepsiyası və istehsalın rasional təşkili problemləri sistemli və situasiyalı yanaşma diapazonunda tədqiq və təhlil edilmiş, verifikasiya prinsiplərinə müvafiq olaraq neft-qaz sektorunun iqtisadi strukturunun modernizasiyasının alternativ bazar mexanizmlərinin prioritetləri təqdim olunmuşdur.

7. Sosiallaşan iqtisadiyyat. 

Bakı: Elm, 2006, 509 səh., 32,0 ç.v., sayı 300. Elmi redaktor: akademik Z.Ə.Səmədzadə.

Monoqrafiyada iqtisadiyyatın sosiallaşmasına açılan sivilizasiya vektorunun tarixi-fəlsəfi rakursda interpretasiyası, sosiumun davamlı inkişafının iqtisadi və sosial kompozisiya prinsiplərinin araşdırılması elmi-analitik ifadədə əksini tapmışdır. Sosiallaşan iqtisadiyyatı bərqərar edərək onu tam vahid bütövə çevirən qaynaq elementləri: ictimai-iqtisadi yaranışlar, demoqrafik təbəddülatlar, optimal məsrəflər, sosial təminatlar, lokal təsərrüfatçılıq, regional və qlobal inteqrasiya çevrəsi, iqtisadiyyatın energetik və resurs təchizatı, açıq icma və vətəndaş cəmiyyəti quruculuğu, İslamın perspektiv iqtisadi reallıqları elmi-tədqiqat araşdırmasının ana xəttini təşkil edir.

8. Regionların sosial-iqtisadi inkişaf problemləri (Şəki-Zaqatala regionunun timsalında) 

(Şəki-Zaqatala regionunun timsalında) Kollektiv monoqrafiya. (Ə.S.Qasımov, H.A.İsrafilov, E.A.Ağayevlə müştərək) АDİU-nun Elmi Şurasının qərarı ilə çap edilmişdir. Bakı: «İqtisad Universiteti nəşriyyatı», 2006, 19,0 ç.v., sayı 500. Elmi məsləhətçi: i.e.d., prof. Ş.H.Hacıyev. Elmi redaktor: akademik A.A.Nadirov.

Monoqrafiyanın məzmununu Azərbaycan Respublikasının Şəki-Zaqatala iqtisadi rayonunda sosial-iqtisadi inkişaf məsələlərinin kompleks təhlili ehtiva edir.

Monoqrafiya Şəki-Zaqatala regionunda fəaliyyət göstərən dövlət icra hakimiyyəti və yerli özünüidarəetmə strukturlarında çalışan işçilərə elmi-metodiki və elmi-praktiki köməklik göstərilməsi məqsədi ilə yazılmışdır.

9. Azərbaycan iqtisadiyyatının dünyadakı reytinqi 

(E.R.Bağırzadə ilə müştərək). Bakı, Elm, 2011. 8,0/4,0 çap vərəqi, 500 nüsxə. Elmi redaktor: AMEA akademiki Z.Ə.Səmədzadə.

Aparıcı qlobal reytinq təşkilatlarının hesabatları, milli statistik mənbələr və müəlliflərin təhlili şərhləri əsasında hazırlanmış bu kitabda Azərbaycanın dünya iqtisadiyyatındakı mövqeyi başlıca kəmiyyət və keyfiyyət göstəriciləri üzrə təqdim olunur. Alternativ statistik məzmunu ilə orjinal səciyyə daşıyan bu kitab Azərbaycanda bu strukturda hazırlanmış ilk nəşr olmaqla, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

 

Metodik vəsaitlər və tədris proqramıları

1. İqtisadi təhlil. 

Tədris proqramı, Bakı: Аzərbayсan Respublikası Təhsil Nazirliyi, 2002, 1,0 ç.v.

2. Mühasibat uçotu nəzəriyyəsi və auditin əsasları. 

Tədris proqramı, Bakı: Аzərbayсan Respublikası Təhsil Nazirliyi, 2002, 1,5 ç.v.

3. Sosial sorğu prosesinin keçirilməsinə dair. 

(H.Q.Əhmədovla müştərək). Metodik göstəriş, Bakı: Аzərbaycan Respublikası Təhsil Nazirliyi, 2003, 1,8 ç.v.

4. Elmi-tədqiqat təcrübəsinin keçirilməsinə dair. 

Metodik göstəriş, Bakı: Аərbaycan Respublikası Təhsil Nazirliyi, 2004, 1,5 ç.v.

5. Magistr dissertasiyasının yerinə yetirilməsi. 

(H.A.İsrafilovla müştərək) Metodik göstəriş., Bakı: İqtisad Universitetinin nəşriyyatı, 2007, 2,8 ç.v.

6. Magistrantın elmi-tədqiqat təcrübəsnin yerinə yetirilməsi. 

(H.A.İsrafilovla müştərək) Metodik göstəriş, Bakı: İqtisad Universitetinin nəşriyyatı, 2007, 2,6 ç.v.

7. Elmi-pedaqoji təcrübənin yerinə yetirilməsi.

(H.A.İsrafilovla müştərək) Metodik göstəriş, Bakı: İqtisad Universitetinin nəşriyyatı, 2007, 2,6 ç.v.

8. Maqistrant referatlarının yerinə yetirilməsi üzrə metodik tövsiyə

(H.A.İsrafilov və E.R.Bağırzadə ilə müştərək) Metodik tövsiyə, Bakı: İqtisad Universitetinin nəşriyyatı, 2009, 2,8 ç.v.

9. Beynəlxalq İnvestisiyalar.

(İ.A.Kərimli və M.İ.Barxudarovla ilə müştərək)

Tədris proqramı, Bakı: Аzərbayсan Respublikası Təhsil Nazirliyi, 2016, 2,5 ç.v.


 

Elmi kadrların hazırlanması:


İqtisadiyyat üzrə fəlsəfə doktorları - 9

 

Redaksiya fəaliyyəti:


1.Azərbaycan Respublikası Vergilər Nazirliyinin “Azərbaycanın vergi jurnalı”nın baş redaktoru.

2.“Böyük İqtisadi Ensiklopediya”. Yeddicildlik, Bakı: “Şərq-Qərb” Nəşriyyat Evi, 2012. Baş redaktorun müavini.

3.Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin “Təfəkkür” jurnalının redaksiya heyətinin üzvü.

4.Gürcüstan Respublikası BLACK SEA (Qara dəniz) elmi jurnalının beynəlxalq məsləhət və redaksiya heyətinin üzvü.

5.Azərbaycan İqtisadçılar İttifaqının “İqtisadiyyat” qəzetinin redaksiya heyətinin üzvü.

6.Elmi redaktor - Səfərov Q.Ə., Dadaşova K.S. Neft-qaz kompleksində məhsulun keyfiyyəti və rəqabətqabiliyyətliliyi.  Bakı: Elm, 2011, 224 s.

7.Rəyci - Balayeva E.Ə. İqtisadi təhlükəsizlik və inkişafın maliyyə problemləri. Bakı: Elm, 2011, 396 c.

 

Ailəlidir, üç övladı var.