gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Monoqrafiyalar / AZERBAYCAN İQTISADIYYATININ DÜNYADAKI REYTINQI

01.02.2012

Hacızadə E.M, Bağırzadə E.R. Azərbaycan iqtisadiyyatının
dünyadakı reytinqi. Bakı, Elm, 2011. -128 səh.

Aparıcı qlobal reytinq təşkilatlarının hesabatları, milli statistik mənbələr və müəlliflərin
təhlili şərhləri əsasında hazırlanmış bu kitabda Azərbaycanın dünya iqtisadiyyatındakı
mövqeyi başlıca kəmiyyət və keyfiyyət göstəriciləri üzrə təqdim olunur. Alternativ statistik
məzmunu ilə orjinal səciyyə daşıyan bu kitab Azərbaycanda bu strukturda hazırlanmış ilk
nəşr olmaqla, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

 

18 oktyabr 2011-ci ildə müasir Azərbaycanın dövlət müstəqilliyini
bərpa etməsinin 20-ci ili tamam oldu. Bu, eyni zamanda, müasir Azərbaycanın
iqtisadi müstəqilliyinin də 20-ci ili deməkdir. Bu dövr
ərzində ölkə həyatının bütün sahələrində olduğu kimi, iqtisadi sahədə
də mühüm nailiyyətlər əldə edilmiş və bu nailiyyətlər Azərbaycanın
dünyadakı mövqelərinin müəyyənləşməsində həlledici amilə çevrilmişdir.
Bu kitabın da fəlsəfəsinin fövqündə vətənimiz Azərbaycanın
dövlət müstəqilliyinin bərpasının 20-ci ilinin tamamında onun dünya
ölkələri sırasında mövqeyini təyin edən başlıca sosial-iqtisadi göstəricilərin
geniş oxucu kütləsi ilə bölüşülməsi dayanır.
Aparıcı qlobal reytinq təşkilatlarının hesabatları və həmçinin, milli
statistik mənbələr əsasında hazırlanaraq, müəlliflər tərəfindən təhlili
şərhlər verilmiş kitabda Azərbaycanın dünya iqtisadiyyatındakı
mövqeyi mühüm kəmiyyət və keyfiyyət göstəriciləri ilə xarakterizə
olunur.
Kitab üç bölmədən ibarətdir. «Əsas kəmiyyət parametrləri üzrə
Azərbaycan iqtisadiyyatının dünyadakı reytinqi» adlanan birinci
bölmədə əhali sayı, ÜDM istehsalı, adambaşına ÜDM istehsalı, ixracat
və idxalat parametrləri üzrə Azərbaycanın dünyadakı, eləcə də Avropa,
MDB, İslam dünyası, Türk dünyası və Cənubi Qafqazdakı reytinqi
tədqim edilmişdir. Azərbaycan iqtisadiyyatında enerji sektorunun
əhəmiyyəti nəzərə alınaraq bu bölmədə həmçinin, ölkənin dünya neftqaz
bazarındakı reytinqini əks etrən göstəricilər də öz əksini tapmışdır.
«Əsas keyfiyyət parametrləri üzrə Azərbaycan iqtisadiyyatının
dünyadakı reytinqi» adlanan ikinci bölmədə rəqabətlilik, biznes
mühiti, həyat səviyyəsi, gəlir bölgüsü, idarəetmə və.s sahələri əhatə
edən müxtəlif keyfiyyət parametrləri üzrə Azərbaycan iqtisadiyyatının
dünyadakı reytinqi təqdim olunmuşdur.
«Bəzi monetar və fiskal parametrlər üzrə Azərbaycan iqtisadiyyatının
dünyadakı reytinqi» adlanan üçüncü bölmədə isə büdcə, vergi,
qızıl-valyuta ehtiyatları və.s sahələri əhatə edən müxtəlif parametrlər
üzrə Azərbaycan iqtisadiyyatının dünyadakı reytinqini əks etdirən indikatorlar
verilmişdir.
Statistik qruplaşdırmalar əsasında işlənərək hazırlanmış kitabda
76 cədvəl, çoxsaylı illüstrativ material təqdim edilmiş, bütün informasiya
mənbələrinin internet ünvanı göstərilmiş və geniş istifadə
olunmuş akronimlərin açılışı verilmişdir.
Kitabda təqdim olunan rəqəmlər, əsasən, beynəlxalq hesabatlara
əsaslandığından, bəzən milli statistika xidmətlərinin təqdim etdiyi müvafiq
rəqəmlərlə müqayisədə müəyyən fərqlilik ortaya çıxa bilər. Bu
tipli kitablarda belə halların ortadan qaldırılması, demək olar ki,
mümkünsüzdür.
Kitabın Azərbaycan iqtisadiyyatı ilə maraqlanan bütün təbəqələrdən
oxucular üçün faydalı olacağı qənaətindəyik.