gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / NEFTQAZÇIXARMA SƏNAYESİNƏ XARİCİ İNVESTİSIYALARIN CƏLB EDİLMƏSİ VƏ MİLLİ SAHİBKARLIĞIN İNKIŞAFI PROBLEMLƏRİ

10.02.2012

Respublikanın ictimai-siyasi, sosial-iqtisadi həyatında yaranmış əlverişli şərait quruda da hasilat işinə xarici investorların cəlb edilməsini zəruri edir. Onu da qeyd etmək lazımdır ki, bu gün quruda yerləşən neftqazçıxarma sənayesinin müəssisələrində müəyyən islahatlar, sistemli şəkildə olmasa da, aparılmaqdadır. Belə islahatlar İB-nin tərkibində fəaliyyət göstərən 4 müştərək müəssisəni əhatə edir.

İlk müştərək müəssisənin ilkin nizamnaməsi Sovetlər İttifaqının qanunları əsasında yaranmış «Şirvanneft» NQÇİ-nin istismar obyekti olan «Kəlaməddin» yatağı üzrə yaranmış Azərbaycan-Türkiyə müştərək müəssisəsi «Azərpetroyl» 1992-ci ilin mart ayında təşkil edilmiş və 40 illik müddət üçün nəzərdə tutulmuşdur. (Paylar bərabər 50% həcmindədir).

İkinci müştərək müəssisə keçmiş «Neftçalaneft» NQÇİ-nin bazasında yaradılmış «Neftçala» və «Xıllı» yataqları üzrə mart 1994-cü ildə təşkil edilmiş «Anşad-Petrol" Azərbaycan Türkiyə müştərək müəssisəsidir. (Paylar 51%-ARDNŞ, 49%-Türkiyənin «AD Petorson» korporasiyasına).

Üçüncü müştərək müəssisə 1994-cü ilin noyabrında «Balaxanıneft» NQÇİ-nin 7-ci Neftqazçıxarma mədəni bazasında təşkil edilmiş Azərbaycan-Almaniya «Azkerneft» müştərək müəssisəsidir. (Payçılar ARDNŞ-40% Almaniyanın Qrunvald İnterneşnl LTD 60%-25 illik müddətdə). Müəssisənin nizamnamə kapitalı 166000 ABŞ dolları həcmində nəzərdə tutulmuşdur. (40%-660000 dollar ARDNŞ, 60%-100000 Qrunvald İnterneşnl LTD).

Dördüncü xüsusi statuslu müştərək müəssisə BMB OYL İNK, «Prodakşın Şerrinq» prinsipi əsasında fəaliyyət göstərən Azərbaycan-ABŞ müştərək müəssisəsi Qərbi Abşeronun quru sahələrində fəaliyyət göstərir. Müştərək müəsisənin fəaliyyət zonası sahəsi 909,5 km2 «Qaradaq», «Ünbakı» və«Körgöz» yataqlarındandır. Hər 4 müəssisə üçün iqtisadi mübahisələri Avropa arbitraj məhkəməsi təşkil edilərkən xarici tərəfin üstünlüyünə daha çox yer verilmişdir. Belə ki, neft-qaz hasilatının sutkalıq norması aşağı həcmdə planlaşdırılmış nəzarət sistemi nəzərdə tutulmamışdır. Daha sonra əsas vəsaitlərin çox hissəsi müştərək müəssisələrin balansına verilmişdir. Bu ərazidə olan çoxlu yollar, o cümlədən Kür çayının üzərindəki körpü də balansdan kənarda qalmışdır. Onu da xatırladaq ki, bu müəssisələr yaradılan zaman müəssisələrdə xarici investorların hesabına neft-qaz hasilatının artırılması nəzərdə tutulurdu. Lakin hələlik belə tərəqqi əldə edilməlidir. Müəssisələrin fikrincə, bu müəyyən dərəcədə müştərək müəssisələrin yaradılmasında tələsikliklə, perspektivlərin düzgün müəyyən olunmaması ilə izah edilməlidir. Əlbəttə, quruda İB-də yaradılmış müştərək müəssisələrin fəaliyyətinin dənizdəki neft yataqlarının istismarı prosesində iştirak edən xarici investorlarla müqayisə etmək olmaz.

Əvvəla, dənizdə bağlanmış neft müqavilələri əsasən istismarına başlanmış yeni neft yataqlarını əhatə etmiş, öz nəhəngliyi, kapital qoyuluşlarının bənzərsizliyi, irimiqyaslı olması ilə fərqlənmişdir. Bəllidir ki, bu yataqların xüsusilə, yalnız Azərbaycanın hesabına istismarı indiki şəraitdə maliyyə resursları baxımından qeyri-mükündür. Ancaq bu da bir həqiqətdir ki, zəngin neft yataqlarının istifadə edilməsi müstəqilliyini qazanmış Azərbaycan respublikasının iqtisadi dirçəlişinin möhkəmləndirilməsi üçün ən həlledici məsələdir. Biz burada ehtiyatlar baxımından, neftçıxarma üsulları və digər nöqteyi-nəzərdən fərqlənən İstehsalat Birliyində müştərək müəssisələrin statusu optimal idarə edilməsinə əlverişli şərait yaratmışdır. Belə ki, əgər İB-də 1994-cü ildən maliyyə əməliyyatlarının əksəriyyətinin aparılması, təchizat, neft, qaz satışı mərkəzləşdirilmiş, törəmə müəssisələrin əmək haqlarının verilməsi üzrə bank, kassa əməliyyatlarının aparılmasına mövcud çərçivədə icazə verilmiş, NQÇİ-lərin müəssisə statusları məhdudlaşdırılmışdırsa, müştərək müəssisələrə yalnız neft-qaz hasilatı planlaşdırılmış, onların digər sahələrinə tam sərbəstlik verilmişdir. Bu müəssisələrə NQÇİ-dən fərqli olaraq hətta plandan əlavə hasil edilən neftin sərbəst satışında da icazə verilmişdir. Müştərək müəssisələr sərbəst təchizat, satış, maliyyə məsələlərini həll edirlər. Onların hətta istehsalat maliyyə təsərrüfat fəaliyyətinin təftişini keçirməyə İB-nin hüquqları belə yoxdur.

Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin dünyanın ən inkişaf etmiş ölkələrinin rəhbərləri, iş adamları ilə apardıqları danışıqların səmərəsinin nəticəsidir ki, neftqazçıxarma sənayesində, eləcə də bütünlükdə respublika iqtisadiyyatına maraqları artır. Əgər 4-5 il bundan əvvəl Azərbaycanda xaricilərin sərmayə qoyuluşu riskli sayılırdısa, indi burada 1 milyard dollara yaxın investisiya qoyulmuş, 10 milyard dollara kimi investisiyaların gətirilməsi nəzərdə tutulmuşdur. Quruda hasilatın sabitləşməsi və artırılmasında investisiyaların cəlb edilməsi üçün quru sahələrində ölü yataqların dirildilməsi layihələrini gerçəkləşdirmək üçün birgə müəssisələrin yaradılması, yeni yataqların işlənilməsində prodakşin şerrinq tipli (məhsulun paylar üzrə bölgüsü-E.H.) müqavilələrin bağlanmasını məqsədəuyğun sayır).

Belə ümid etmək olar ki, yaxın illər Azərbaycanın perspektivliyi yataqlarının birgə kəşfiyyatı, işlənməsi, məhsulun bölünməsi sahəsində çoxsaylı müqavilələr, razılaşmalar, kontraktlar mühüm iş kimi təşkil olacaqdır.

Akademik A.X.Mirzəcanzadə Azərbaycanda neft sənayesini inkişaf etdirmək məqsədi ilə xarici investorların bu işlərə cəlb olunmasını, Dünya Yenidənqurma və i\İnkişaf Bankının kreditvermə tələblərinə uyğun olaraq, neft-qazçıxarma təşkilatlarının səhmdar cəmiyyətlərə çevrilməsini tövsiyə edir. Bəziləri qeyd edirlər ki, «Neftçalaneft» NQÇİ bazası əsasında şəxsi türk firmasıı ilə birlikdə yaradılmış «Anşad-Petroyl» müştərək müəssisədə səhmdar əvəzinə onun muzdlu işçilərinə çevrilmişdir. Gələcəkdə belə müəssisələr yaradılarkən mövcud vəziyyət nəzərə alınmalıdır.

Ümumiyyətlə, bu gün Azərbaycan neft sənayesi özünün yeni bir mərhələsini yaşayır. Apardığımız təhlil, müşahidələr, rəsmi materiallarla tanışlıq bir daha sübut edir ki, xalqmızın malik olduğu neft sərvətlərindən ağıllı, düzgün istifadə edilməsi vəzifəsi ön plana çəkilir. Biz işin əvvəlində bu baxımdan neftçi alimlərin rolunun əvəzsiz olduğunu qeyd etdik. Bunu bir daha qeyd etmək istərdik ki, xarici investisiyaların neft sənayesinə cəlb edilməsini sürətləndirmək eyni zamanda milli dövlət mənafelərinin qorunmasını zəruri edir. Bakıda fəaliyyət göstərən xarici neft şirkətlərinin hesabatını dinləyən Azərbaycan Respublikasının Prezidenti H.Əliyev çox düzgün olaraq qeyd etmişdir ki, böyük təcrübəsi olan yerli mütəxəssislər xarici neft şirkətlərinə az miqdarda cəlb ediliblər. Bu, qeyri-normal haldır. Təkcə bu fakt onu göstərir ki, söhbət yalnız Azərbaycana kapital axınından getməməlidir. Bu kapital axınının nəticələri necə olacaq, istehsal, ən birinci sosial infrastrukturun inkişafı, ekoloji tarazlıq, yeni iş yerlərinin yaradılması və onların əsasən yerli əmək ehtiyatları hesabına tutulması təmin olunacaqdırmı? Bu kimi suallar xarici investorlarla iş apararkən meydana çıxan təbii suallardır. Ümumiyyətlə, xarici iş adamları ilə danışıqlar aparmaq, kontraktlar bağlamaq prosesi mürəkkəb və çətin bir işdir. Bu sahədə respublika idarəetmə orqanları, işgüzar adamların təcrübəsi hələ kifayət deyildir. Ona görə də bu sahədə boşluğu doldurmaq üçün dünya təcrübəsinə əsaslanaraq biznes məktəblərinin yaradılması, mütəxəssislərin xarici şirkətlərə ezamiyyətə göndərilməsi, seminar, konfransların keçirilməsi diqqət mərkəzində olmalıdır. Daha dəqiq desək, respublikada xarici iş adamları ilə əməkdaşlıq etmək «Oyun qaydalarını» mənimsəmək, Azərbaycanda investisiya axınına nail olmağın elmi əsaslarını hazırlamaq və onu tədris etmək, öyrənmək qurudakı NQÇİ üçün vacib məsələrdəndir.

İslahatların müvəffəqiyyətli təşkili üçün hələ də ömürli olan inzibati-amirlik üsulu idarəsinə son qoyulmalı yeni dünyəvi sistemə keçid təmin edilməlidir. Dünya iqtisadi sistemində neft sənayesi müxtəlif ölkələrdə, müxtəlif mülkiyyət formalarında mövcud olmuşdur. Azərbaycanda bu ilk dövrlərdə sahibkarların sərəncamında, bolşeviklər hakimiyyəti dövrlərində milliləşdirilərək dövlət mülkiyyətində, müstəqilliyimiz illərində yenə də dövlət mülkiyyətində qalmışdır. Azərbaycan öz geosiyasi, geoiqtisadi və milli xüsusiyyətlərinə görə digər regionlardan fərqlənir. Burada hər hansı bir dövlətin və ya uğurlu şirkətin modelini olduğu kimi tətbiq etmək məqsədə müvafiq deyildir. Quruda neftqazçıxarma islahatlarının aparılması hərtərəfli xarakter daşımalıdır. Onu da qeyd etmək lazımdır ki, qurudakı neft sənayesinin inkişafı və dirçəldilməsi təkcə xarici kapital, müştərək müəssisələrin hesabına edilməməlidir. Rusiya Federasiyasının «Lukoyl» şirkətinin ekspertləri qurudakı «Bibi-Heybət» yatağına kapital qoyuluşunu hesablayarkən müəyyən etmişlər ki, bu sahədə iqtisadfi səmərə belə səviyyəli şirkət üçün qənaətbəxş deyildir. Sahə cüzi sərmayə qoyuluşu tələb edir və onların fikrincə, bu işi ayrı-ayrı sahibkarlar və ya sahibkarlar qrupu gerçəkləşdirə bilər.

Azərbaycan respublikasında çoxlu işgüzar təşəbbüskar mütəxəssislər vardır. Onların əksəriyyəti hələ çox illər öncə azalmağa start götürmüş neft sənayesini dirçəltməyə təşəbbüs etmişlər. Lazımi normativ hüquqi qanunvericilik bazasının olmaması, keçmiş Sovetlər İttifaqının bürokratik totalitar rejimi belə təşəbbüslərə maneə olaraq qalmışdır. Sonrakı müstəqilliyimiz illərində və indinin özündə belə təşəbbüslərə bayağı münasibət tam aradan qaldırılmamışdır. Hələ Sovet dövlətinin iflası ərəfəsində bir çox neft mütəxəssisləri yaranmış kooperativ hərəkatın imkanlarından istifadə edərək fəaliyyətsiz quyu fondunu icarəyə götürərək bərpa üçün heç bir vəsait tələb etmirdilər, onlar hər bərpa edilmiş quyudan müəyyən qədər mənfəət əldə edilməsini şərtləndirirdilər. Sərt planlaşma sistemində bu təşəbbüsün geniş xarakter almağına imkan verilmişdir. Lakin indiki şəraitdə belə təşəbbüsləri həyata keçirmək üçün əlverişli imkanlar yaranmışdır. Biz belə hesab edirik ki, müəyyən qədər hüquqi bazanın olduğu bir şəraitdə belə təşəbbüsləri müdafiə etmək böyük səmərə verərdi. Bu gün NQÇİ-nin tərkibində xüsusi nəzarət altında bu kimi ideyaları reallaşdırmaq olar.

Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 9 fevral tarixli fərmanı ilə təsdiq edilmiş «Dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi haqqında» əsasnamə islahatları həyata keçirilmək nöqtəyi-nəzərdən daha çox diqqətə layiqdir. Bu əsasnamə müəssisələrin (obyektlərin) fərdi layihələr əsasında dirçəldilməsini təmin etmək üçün müvafiq tədbirlərin həyata keşirilməsini nəzərdə tutur. Müvafiq əsasnamə müəssisələrin (obyektlərin) müqavilə əsasında idarəetməyə verilməsinin ümumi qaydalarını o halda müəyyən edir ki, obyektin özəlləşdirilməsi iqtisadi cəhətdən məqsədəuyğun deyildir, yaxud hələ vaxtı çatmamışdır. Əsasnamə müəssisələrin idarəetməyə verilməsinin əsas mexanizmini, bu prosesdə hüquqi və fiziki şəxslərin şərtlərini, onların təkliflərinə baxılması, müəssisənin (obyektin) idarəetməsinə dair müqavilələrin rəsmiləşdirilməsi və təsdiqi qaydalarını müəyyən edir. Müəssisənin idarəetməyə verilməsi yolu ilə dirçəldilməsi haqqında qərar Azərbaycan Respublikası Prezidenti tərəfindən qəbul olunur. Azərbaycan Respublikasının «İcarə haqqında» qanunu mövcuddur və bütün bunlarla yanaşı xarici kapitallı müştərək müəssisələrə verilən hüquq və imtiyazlar çərçivəsində Neftqazçıxarma müəssisələrini ya bütövlükdə, yaxud da bir mədən yataq çərçivəsində təşkil edərək idarəetməyə vermək olar. Aparılan iqtisadi islahatların yekunu kimi ARDNŞ, Nazirlər kabineti Qurudakı NQÇİ-nin hüquq və imkanlar sferasını genişləndirməli, əsrin əvvəllərində olduğu kimi xarici ticarət, iqtisadi əlaqədar məsələlərində Azneft İB-ə verilən hüquqlara oxşar imtiyazlar verməlidir. Azərbaycan xalqının vətənini sevən, vətənpərvər övladları bu azadlıqdan istifadə edib neft sənayesində sahibkarlığa yol açacaqdır. Mərhum bir şairin dediyi kimi, «Sahibi, sahibkarı olsa - basılmaz vətən».

Bir sözlə, Azərbaycanda neft sənayesində sahibkarlıq və biznesi inkişaf etdirmək üçün Dövlət öz sahibkarlarına geniş imkanlar açmalıdır. Bunun üçün respublikada əlverişli iqtisadi mühit yaranmaqdadır. Neftqazçıxarma sənayesinin inkişafı xarici investorların sərmayələri hesabına təmin olunmaqla yanaşı, daxili imkanlar hesabına da inkişaf etdirilməlidir. Bu məqsədlə ölü yataqların, fəaliyyətsiz, aşağı debitli quyuların sahibkar əllərə verilməsi prosesi başlamalı, bir sözlə islahatlar aparılarkən Azərbaycan vətəndaşlarının, onun sahibkarlarının mənafeləri nəzərə alınmalıdır. Hazırda Azərbaycanda neftçilər arasında, neftqazçıxarma müəssisələrinin kollektivlərə verilməsi və ya səhmdar cəmiyyətlərə çevrilməsi fikirləri daha çox səslənməkdədir. Hətta bu proseslərin neftçilər arasında reallaşdırmasına cəhd göstərən ayrı-ayrı təşəbbüskar şəxslər də vardır. Bu işə başlamaq üçün müvafiq normativ, hüquqi aktlar qəbul edilməlidir.

İstehsalat Birliyində iqtisadi islahatların dərinləşməsi zərurəti iqtisadi işin əməli surətdə yaxşılaşdırılmasını tələb edir. Lakin, bugünkü tələblər baxımından Azərbaycan neftinə dünyanın marağının əhəmiyyətli dərəcədə artdığı bir şəraitdə iqtisadi işin təşkilində mütərəqqi meyillərə nail olmaq son dərəcədə vacibdir. Bu, həmçinin onunla əlaqədardır ki, istyər İB-də, istərsə də onun struktur təşkilatlarında iqtisadi xidmət işi keçmiş SSRİ dövlətinin plan sisteminə uyğun tərzdə yaradılmış və indiyədək davam etməkdədir, çoxsaylı iqtisadçılar, əməyin təşkili, əmək haqqı müətəxəssisləri, mühasiblər əvvəllərdə olduğu kimi indi də hesabatların, statistik rəqəmlərin tərtibi ilə məşğuldurlar. Bu gün iqtisadiyyat xidmətində çalınşanların hər il keyfiyyətli attestasiyasını aparmaq zəruridir. SSRİ dövlətində kadrların ixtisas dərəcələrinin artırılmasına hər zaman diqqət yetirilmiş, hər il yüzlərlə mütəxəssis ixtisaslaşma kurslarından keçmiş, imtahanlar vermiş, əlavə diplom və vəsiqələr almışlar. Bir cəhəti də xüsusi vurğulamaq zərüridir. Uzun bir dövr ərzində Azərbaycanın neft sistemində iqtisadiyyat, mühasibat, maliyyə xidməti əsasən qeyri-azərbaycanlılar hesabına olmuşdur. Sanki gizli imperiya siyasəti, azərbaycanlı kadrları neftçıxarma sənayesinin tale yüklü iqtisadi problemlərin həllindən uzaqlaşdırmağa yönəlmiş, bu zəngin sərvətimizdən xalqımızın xeyrinə daha səmərəli istifadə etmək məsələlərindən uzaqlaşdırmışdır. İndi bu sahədə yüzlərlə azərbaycanlı kadr çalışır. Lakin onların yeni iqtisadi sistem üslubunda istiqamətləndirilməsi çox vacibdir.

Biz dünya təcrübəsinə əsaslanaraq qeyd etməyi lazım bilirik ki, iqtisadi islahatların lokomotivi zəngin təcrübəyə və iqtisadi biliyə malik olan mütəxəssis ordusu ola bilər. Akademik Z.Ə.Səmədzadənin qeyd etdiyi kimi, respublika sənayesində zərüri struktur dəyişiklikləri kadrların hazırlanması sistemində də ciddi dəyişilikləri kadrların hazırlanması sitemində də ciddi dəyişiliklərin edilməsini zəruri edir. Müasir şəraitdə respublika neft sənayesinin yenidən qurulması, xarici investorların bu işə cəlb edildiyi, birgə əməkdaşlıq şəraitində bu problemin diqqət mərkəzində olması ən vacib məsələlərdəndir. Milli mənafe, tarixi rol baxımından da Azərbaycanın neftçi kadrlarının bundan sonra da qabaqcıl dəstədə olması son dərəcə zəruri və məqsədəuyğundur. İB-nin istehsalat sahələrində neft və texnika sahəsi üzrə neçə-neçə elmlər namizədi, hətta elmlər doktorunun olduğu bir şəraitdə yüksək elmi dərəcəli iqtisadçı kadrlar azlıq təşkil edir. İqtisadçı kadrların ixtisasının dünya standartlarına uyğun artırılması yalnız iqtisadi inkişaf, milli mənafe işinə xidmət edə bilər. Bacarıqlı iş bilən iqtisadçıların ixtisasını artırmaq üçün İB-də maliyyə inkanları çoxdur. Belə kadrların xarici neft şirkətlərində yaradıcılıq ezamiyyətləri keçirilməsi də zəruridir. Biz paralel olaraq belə iqtisadçıların köməyi ilə xarici neft şirkətlərində marketinq, menecment işlərinin, iqtisadi strukturun təşkili təcrübəsini öyrənə bilərik. İB-nin Azərbaycan Neft-Qaz Sənayesi Dövlət elmi tədqiqat layihə institutunun (ANQSDETLİ) İimkanlarından da istifadə olunmalıdır. İqtisadçı kadrlar islahatların avanqardı olmalı və onlara qayğı daima diqqətdə qalmalıdır. İqtisadçılar köhnə plan hesabat sistemindən əl çəkməli, yeni bazar iqtisadiyyatının tələbləri əsasında işlərini təşkil etməli, respublikanın və şəxsiyyətin iqtisadi mənafelərinə xidmət etməlidirlər.

Elşən Mahmud oğlu Hacızadə

Neft-qazçıxarma sənayesinə investisiyaların cəlb edilməsi və milli sahibkarlığın inkişafı problemləri icmal informasiya

Çapa imz. 24/XI-1996 il. Sif. 105, Tir. 250 qiyməti

2000 man. Azərb. ET Elmi-Texniki İnformasiya İnstitutu,

370005, Bakı, Natəvan,1 Azə ETETİA-nin PÇB-si

2.Neftqazçıxarma sənayesinə xarici investisiyaların cəlb edilməsi və milli sahibkarlığın inkişaf problemləri. Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsi, Azərbaycan Elmi-Tədqiqat Elmi-Texniki İnformasiya İnstitutu. İcmal İnformasiya /Neftqazçıxarma seriyası/. Bakı. 1996. 0,9 ç.v.