gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Lüğət

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT ŞIRKƏTI (ARDNŞ

dünyanın ən böyük şaquli inteqrasiya olunan neft şirkətlərindən biri. Respublikanın neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək məqsədi ilə 1992-ci ildə ''Azərineft'' Dövlət Konserninin və ''Azərnefkimya'' İstehsalat Birliyininin bazasında yaradılmışdır. ARDNŞ respublikanın bütün ərazisində, o cümlədən quru və dəniz ərazilərində neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın, qaz kondensatının hazırlanması, emalı və nəqli, həmçinin onlardan alınan məhsulların daxili və xarici bazarlarda satışı ilə məşqul olur və eyni zamanda böyük həcmdə elmi-tədqiqat və layihə işlərini yerinə yetirir. ARDNŞ respublikanın neft və neft məhsullarına olan tələbatını ödəmək, daxili tələbdən artıq hissəni isə ixrac etmək imkanına malikdir. Bunu təmin etmək üçün ARDNŞ müvafiq istehsal güclərinə, inkişaf etmiş xidmət sektoruna, böyük elmi və texniki potensiala malikdir. Hazırda ARDNŞ-in struktutuna "Azneft" İstehsalat Birliyi , “Azəriqaz” İstehsalat Birliyi , ''Geofizika və Geologiya'' İdarəsi , Neft Kəmərləri İdarəsi, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Sərmayələr İdarəsi, ''Azərneftyağ'' Neft Emalı Zavodu,  Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu,  Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu,  Sosial inkişaf İdarəsi, Təhlükəsizlik İdarəsi, Ekologiya İdarəsi, Qaz İxrac İdarəsi, İnformasiya Texnologiyaları və Rabitə İdarəsi, Xəzər Dəniz Neft Donanması, ''Neftqaztikinti'' Tresti Kompleks Qazma İşləri Tresti, “Neftqazelmitədqiqatlayihə” və İnstitutu Qaz Emalı Zavodu daxildir. ARDNŞ-in xarici kapitalın təmsil olunduqu Azərbaycan Con Braun QSC, SARMATİYA MMC, SUPRA Holdinq MMC, SOCAR Gas Supply Ltd. MMC, Kaspiyan Geofizikal Kompani, Azqerneft MM, Azəri-Fuqro MM, AzTurqaz MM, Azfen BM, Kaspiyan Drillinq Kompani, Azəri M.İ. Drillinq, Atəşgah Sığorta Şirkəti, Kaspiyan Şipyard Kompani, AzLAB MMC, Bosşelf MMC, İnterfaks Azərbaycan MMC, Azneftqaztikinti MMC, Kaspiyan Ofşor Fabrikatorz MMC, Enerji Soluşnz Qrup QSC, OYL and Qas Pro Servis MMC, Kros Kaspian Oil and Gas Lojistiks MMC, Azəri Drillinq Kompani MMC, Ekol Muhəndislik Xidmətləri QSC, Caspian Pipe Coatings MMC, SOCAR-TURCAS Enerji MM, SOCAR Enerci Georgia MMC, SOCAR-ASM MMC, SOCAR-RODAN MMC, SOCAR-AQŞ MMC, SOCAR KPŞ MMC, Karlina Oversiz Korporeyşn, SOCAR-ÜMİD MMC, SOCAR-UGE MMC, SOCAR-Petroleum QSC, SOCAR-Bağlan MMC müştərək müəssisələrdə əsas payçi kimi çıxış edir. ARDNŞ-də həm quru, həm də dəniz neft yataqlarının kəşfiyyatı, işlənməsi və abadlaşdırılması ilə bağlı bütün məsələləri həll etmək qabiliyyətinə malik yuksək ixtisaslı mühəndis, texnik və fəhlə kadrları vardır. ARDNŞ-də (2009-cu il) 58 945 nəfər, o cümlədən 50 nəfəri elmlər doktoru, 392 nəfəri elmlər namizədi elmi dərəcəsinə malik olan 17,500 mühəndis, texnik və mütəxəssis çalışır.